​SKMF Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

​SKMF Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb Bu gündən sahibkarlar investisiya layihələri ilə bağlı Fonda müraciət edə bilərlər
ASK
2 İyun , 2015 11:24
​SKMF Hacıqabulda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 2 iyun. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Hacıqabul rayonunda fəaliyyət göstərən sahibkarlardan prioritet sahələr üzrə maliyyələşdirmə üçün potensial investisiya layihələrinin qəbuluna başlayıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, əsas üstünlük ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, cins heyvandarlıq, taxılçılıq və bağçılıq təsərrüfatlarının yaradılması, çörək və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması istiqamətləridə olan investisiya layihələrinə veriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Qeyd edək ki, SKMF mayın 27-də Hacıqabul rayonunda işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi