Bakı. 23 iyun. REPORT.AZ/
Nazirlikdən "Report"a verilən məlumata görə, əsas üstünlük ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, cins heyvandarlıq, intensiv kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının, meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması istiqamətlərində olan investisiya layihələrinə veriləcək.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Qeyd edək ki, SKMF iyunun 18-də Gədəbəy rayonunda işgüzar forum keçirib.