SKMF Bərdədə cins heyvandarlıq təsərrüfatlarının yaradılması üçün müsabiqə elan edib

SKMF Bərdədə cins heyvandarlıq təsərrüfatlarının yaradılması üçün müsabiqə elan edib SKMF Fondu Bərdə rayonunun Zümürxan kəndində işgüzar forum keçirib
ASK
30 Oktyabr , 2017 13:20
SKMF Bərdədə cins heyvandarlıq təsərrüfatlarının yaradılması üçün müsabiqə elan edib

Bakı. 30 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bərdə rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, SKMF Fondu Bərdə rayonunun Zümürxan kəndində işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb və Bərdə rayonu üzrə sahibkarlıq subyektlərindən bir sıra istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Həmin istiqamətlərə aqroparkın, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması, meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması və ixtisaslaşdırılmış "yaşıl market"in və hotelin yaradılması daxildir.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi