Sitrus meyvə istehsalı və emalı sahələrinə yerli və xarici investisiyalar cəlb ediləcək

Sitrus meyvə istehsalı və emalı sahələrinə yerli və xarici investisiyalar cəlb ediləcək Tədbirlər Planının bu bəndini İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri icra edəcək
ASK
13 Fevral , 2018 20:10
Sitrus meyvə istehsalı və emalı sahələrinə yerli və xarici investisiyalar cəlb ediləcək

Bakı. 13 fevral. REPORT.AZ/ Sitrus meyvə istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək.

"Report" xəbər verir ki, bu, sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulub.

Tədbirlər Planının bu bəndini İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri icra edəcək.

Eyni zamanda Tədbirlər Planına əsasən sitrusçuluq sahəsində mövcud standartlar beynəlxalq tələblərə uyğunlaşdırılmalı, bu sahədə fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyası təşviq olunmalı, istehsal və ixrac sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələr genişləndirilməli, mütərəqqi sığorta mexanizmi yaradılmalıdır.

Həmçinin sitrus meyvəçiliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 13-də “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi