Şirvanda “Aqrolizinq” ASC-nin kənd təsərrüfatı texnikası təqdim olunub

Şirvanda “Aqrolizinq” ASC-nin kənd təsərrüfatı texnikası təqdim olunub Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün “Aqrolizinq” ASC-nin Şirvan şəhər Təchizat Bazasında fermer və torpaq istifadəçilərinə ölkəyə gətirilən müxtəlif növ kənd təsərrüfatı texnikası təqdim olunub.
ASK
14 Aprel , 2018 17:47
Şirvanda “Aqrolizinq” ASC-nin kənd təsərrüfatı texnikası təqdim olunub

Bakı. 14 aprel. REPORT.AZ/ Bu gün “Aqrolizinq” ASC-nin Şirvan şəhər Təchizat Bazasında fermer və torpaq istifadəçilərinə ölkəyə gətirilən müxtəlif növ kənd təsərrüfatı texnikası təqdim olunub.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, bu münasibətlə təchizat bazasında təşkil olunan tədbirdə fermerlər, torpaq mülkiyyətçiləri, məhsul istehsalçıları və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Aqrar sektorun inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində görülən işlərdən danışan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov yeni texnikaların üstünlüklərini vurğulayıb. O bildirib ki, 2018-ci ildə “Aqrolizinq” ASC tərəfindən pambıqçılıqda istifadə olunması üçün 3460 ədəd müxtəlif növ kənd təsərrüfatı texnikası sifariş verilib. Artıq bu texnikaların bir hissəsi respublikaya gətirilərək istehsalçılara paylanılıb.

Vurğulanıb ki, kənd təsərrüfatının müxtəlif sahələrinə dair Dövlət proqramlarına əsasən, ölkəyə çəltikçilik, çayçılıq və sitrus meyvələrinin inkişaf etdirilməsi məqsədilə müasir texnikalar gətirilməkdədir. Bu il ilk dəfə olaraq çəltikçiliyin inkişaf etdirilməsi məqsədilə Yaponiyanın “Kubota”, Cənubi Koreyanın “Kito Deadonq” firmalarının istehsalı olan 30 ədəd yeni çəltikçilik texnikası gətirilib. Bu maşınlar arasında kiçik sahələrdə çəltik əkən və çəltik becərən texnikalar da var. Texnikaların əksəriyyəti çəltikçilik üzrə ixtisaslaşmış Lənkəran, Astara, Masallı rayonlarında fermerlərə təqdim olunub.

Həmçinin qeyd edilib ki, ölkədə taxılçılığın inkişaf etdirillməsi ilə əlaqədar olaraq, 2018-ci ildə ABŞ-ın “Con Deer”, Almaniyanın “Claas”, Finlandiyanın “Sampo” və başqa firmaların istehsalı olan 260 ədəd taxılyığan kombaynın gətirilməsi də nəzərdə tutulur. Artıq ölkəyə 50-yə yaxın taxılyığan kombayn gətirilib. “Aqrolizinq” ASC-nin təchizat bazasında olan “Sampo”, “Con Deer” və digər yüksək məhsuldarlıqlı taxılyığan kombaynlar taxıl istehsalçılarına veriləcək.

Son xəbərlər

Orphus sistemi