Yuxarı
    Bağlamaq

    Şimali Koreyada amerikalı tələbə həbs olunub

    Təhlilçilər deyir ki, Pxenyan məhbuslardan Qərblə bazarlıq aləti kimi istifadə edir

    Bakı. 29 fevral. REPORT.AZ/Şimali Koreyada həbs olunan amerikalı universitet tələbəsi Pxenyan otelindən siyasi banneri oğurlamağa cəhd etdiyini etiraf edib.

    "Report"-un "Amerikanın səsinə" istinadən verdiyi xəbərə görə, Virciniya Universitetinin 21 yaşlı tələbəsi Otto Uarmbier müxbirlərə bildirib ki, o, elanı oteldə sadəcə işçilərin girişinə icazə verilən yerdən çıxarıb.

    Uarmbier Birləşmiş Ştatların yardımı ilə Şimali Koreyaya qarşı düşmən xarakterli əməl törətməkdə ittiham olunur.

    Pxenyan Uarmbierin üzləşəcəyi cəza ilə bağlı heç bir məlumat verməyib.

    Şimali Koreya tez-tez amerikalılar və digər xarici vətəndaşları qondarma ittihamlarla həbs edir. Həbs olunanlar adətən xarici jurnalistlər önünə çıxardılaraq, diktator rejiminə qarşı cinayət əməlləri etdiklərini etiraf edirlər.

    Təhlilçilər deyir ki, Pxenyan məhbuslardan Qərblə bazarlıq aləti kimi istifadə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi