Sığorta Fondu: "Bu il Azərbaycanda 67-68 min hektar əkin sahəsinə ziyan dəyib"

Sığorta Fondu: "Bu il Azərbaycanda 67-68 min hektar əkin sahəsinə ziyan dəyib" Bu ilin əvvəlindən havaların qeyri-sabit keçməsi, gözlənilməyən hadisələrin olması nəticəsində 67-68 min hektar əkin sahəsinə ziyan dəyib.
ASK
8 İyun , 2022 17:47
Sığorta Fondu: Bu il Azərbaycanda 67-68 min hektar əkin sahəsinə ziyan dəyib

Bu ilin əvvəlindən havaların qeyri-sabit keçməsi, gözlənilməyən hadisələrin olması nəticəsində 67-68 min hektar əkin sahəsinə ziyan dəyib.

Bu barədə jurnalistlərə açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

F.Sadıqov dəyən zərərin 4 032 əkin sahəsini əhatə etdiyini bildirib:

“Zərər dəymiş əkin sahələri Şəki-Zaqatala, cənub bölgələrində, Aran rayonları və digər müxtəlif ərazilərdə yerləşir. Elə Qobustan və Şəkinin özündə qasırğa, fırtına nəticəsində əkin sahələrinə kifayət qədər iri həcmli zərər dəyib.

Hazırda bu ziyanın qiymətləndirilməsi aparılır. Qeyd edim ki, aqrar sığorta mexanizmi çərçicəsində zərərlərin qiymətləndirilməsi iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə, hadisə baş verən kimi bizə bildirilir və Fondun sahəvi mütəxəssisləri hadisə yerinə gedir, hadisəni qeydə alır, lazımi məlumatlar toplayır. İkinci mərhələdə isə hansı ərazilərə nə qədər zərər dəydiyi qiymətləndirilir".

Fond sədrinin sözlərinə görə, zərərlərin düzgün qiymətləndirilməsi üçün Türkiyənn TARSİM təşkilatına müraciət edib onlardan ekspert dəstəyi istədik: "Onlar da bizə tam dəstəyi verib. Azərbaycana Türkiyədən 10 yüksək səviyyəli, peşəkar mütəxəssis gəlib ki, onlar ölkəmizdə zərər dəymiş əraziləri qarış-qarış gəzir və zərərləri fermerlərimizlə birgə araşdırıb təhlil edirlər. Düşünürəm ki, qiymətləndirmə iyun ayının sonuna qədər bitəcək və iyul-avqust ayları ərzində fermerlərimizə ödənişlər edəcəyik”.

F.Sadıqov əlavə edib ki, aqrar sığorta mexanizmi çərçivəsində ölkədə əkinə yararlı ərazilərin 287 min hektarı tərəfimizdən sığortalanıb: "Bu da ölkə üzrə ümumi əkin ərazilərinin 15 %-i, buğda və arpa əkilən ərazilərin isə 30 %-i deməkdir”.

Son xəbərlər

Orphus sistemi