Yuxarı

​Sərhəd bölgəsində sahibkarlara güzəştli kreditlər verilib

Gəncə-Qazaxdakı sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə 186,1 mln. manat güzəştli kredit verilib

Bakı. 9 aprel. REPORT.AZ Aprelin 9-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qazax rayonunun Agköynək kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

“Report” nazirliyin məlumatına əsasən, bildirir ki, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Qazaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

Forumda Qazax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”, cins heyvandarlıq, üzümçülük və arıçılıq təsərrüfatlarının, ət kəsimi, pendir istehsalı, meyvəqurutma və günəbaxan tumlarının emalı və qablaşdırılması müəssisələrinin yaradılmasıüzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildiribr ki, 2015-ci ilin ötən dövrü ərzində 1410 sahibkara 43,4 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3200-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5145 investisiya layihəsinin maliyyələşdirilməsinə 186,1 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə suları istehsalı, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 23400-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Qazax və ətraf rayonlardan olan 60 sahibkara 3,2 mln.manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, əkinçilik, üzümçülük, çörək istehsalı, istixana kompleksinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 120-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Qazaxda güzəştli kredit ayrılmış meyvə-tərəvəz emalı zavoduna və 80 ha sahədə kartof əkini işlərinə baxış keçirilib. İldə 39,5 min ton konserv məhsulları istehsal etmək gücündə olan bu emal zavodu Gürcüstanda yaşayan azərbaycanlılardanda kənd təsərrüfatı məhsullarını tədarük edəcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi