Şəkidə toxum sərgi-satış yarmarkası keçirilib

Şəkidə toxum sərgi-satış yarmarkası keçirilib Bu gün Şəkidə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) təşkilatçılığı ilə ənənəvi toxum sərgi-satış yarmarkası keçirilib.
ASK
18 Avqust , 2022 16:08
Şəkidə toxum sərgi-satış yarmarkası keçirilib

Bu gün Şəkidə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə ənənəvi toxum sərgi-satış yarmarkası keçirilib.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, yarmarkada nazirlik yanında Aqrar Xidmətlər Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Toxum Fondu, "Azərbaycan Toxumçular Assosiasiyası" İctimai Birliyi, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edib.

Yarmarkanın əsas məqsədi toxum bazarının formalaşması, rəqabət mühitinin yaradılması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqələrin və münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, toxumçuluqda yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, həmçinin fermerlərə sertifikatlı toxumlara əlçatanlığının təmin olunmasıdır.

Sərgidə əsasən dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdirilib Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat verilib, informasiya materialları təqdim olunub.

Yarmarkanın açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, aqrar sektorun inkişafı, ərzaq məhsulları istehsalının artırılması üçün yeni texnologiyaların və müasir texnikanın cəlb edilməsi böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, son illər bu sahədə bir çox mühüm işlər görülüb, əhalinin ərzaqla etibarlı təminatına yönələn dövlət siyasətinin nəticəsi olaraq aqrar sektorda inkişaf davamlı tendensiyaya çevrilib.

Daha sonra çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, hər il olduğu kimi bu ildə müxtəlif regionlarda toxum sərgi-satış yarmarkaları keçirilir. Toxum istehsalı üzrə respublikanın torpaq iqlim zonalarını, həmçinin toxum istehsalçılarının, fermerlərin yarmarkaya maraqlarını və istəklərini nəzərə alaraq əvvəlki ildən fərqli olaraq toxum sərgi yarmarkası bu il Şəki, İsmayıllı, Quba, Ağcabədi, Sabirabad, Cəlilabad və Hacıqabul və digər rayonlarda təşkil ediləcək.
Toxum sərgi-satış yarmarkalarının keçirilməsi fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı verir.

Daha sonra nazir yerli istehsal toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüb. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Sərgidə dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdirilib. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat verilib və informasiya materialları təqdim olunub. Növbəti sərgi-yarmarkası avqustun 20-də İsmayıllıda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi