Yuxarı
    Bağlamaq

    "Səba" şirkəti: Mağazaları istədikləri qədər toyuq əti ilə təmin edə bilərik

    Hazırda şirkətin anbarlarında 1 000 ton toyuq əti var

    Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın ən böyük quş əti istehsalçılarından olan “Səba” ASC mağazaları istədikləri qədər toyuq əti ilə təmin edə bilər.

    Bu barədə “Səba”dan “Report”a bildirilib.

    “Hazırda anbarlarımızda 1 000 ton toyuq əti var. Əgər hər hansı bir mağaza toyuq əti qıtlığı çəkirsə, birbaşa bizim şirkətin satış üzrə məsul şəxslərinə zəng edib, istədiyi həcmdə quş əti sifariş edə bilər. “Səba”nın həm anbarlarındakı, həm də günlük istehsaldakı həcmi hər zamankı kimi ehtiyacları ödəməyə kifayətdir”, - deyə şirkətin mətbuat xidmətindən qeyd olunub.

    Qeyd edək ki, “Səba” şirkəti istehsal etdiyi toyuqları öz becərdiyi dənli bitkilərlə yemləyir. Ötən il “Səba” ölkədə ilk dəfə olaraq böyük ərazidə soya becərib və toyuğun yem rasionuna daxil olan bu əsas məhsulu da ölkədə yetişdirmənin mümkünlüyünü nümayiş etdirib.

    Quş əti sifariş etməkdə maraqlı olan mağaza sahibləri “Səba”nın Satış Departamenti (012) 448 16 01; (050) 271 82 38; (050) 271 82 04) ilə əlaqə saxlaya bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi