Bakı. 1 fevral. REPORT.AZ/ “Kənd təsərrüfatı sahəsində istifadə edilən gübrələrin Azərbaycanda istehsalı planlaşdırılır”. “Report” xəbər verir ki, bunu Gəncədə sahibkarlar və ictimaiyyət nümayəndələri ilə görüşdə maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, bununla əlaqəli hazırda texniki əsaslandırma işləri gedir. S.Şərifov, həmçinin Gəncədə Gil-Torpaq Zavodunun yenidən işə salınması ilə bağlı iş aparıldığını da söyləyib.