Şamaxıda fermerlərlə görüş keçirilib

Şamaxıda fermerlərlə görüş keçirilib Bakı. 1 dekabr. REPORT.AZ/ “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilən “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Şamaxı rayonuna növbəti görüş keçirilib.
ASK
1 Dekabr , 2018 14:18
Şamaxıda fermerlərlə görüş keçirilib

Bakı. 1 dekabr. REPORT.AZ/ “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilən “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Şamaxı rayonuna növbəti görüş keçirilib.

Qurumdan “Report”a verilən məlumata görə, görüşə Şamaxı, Ağsu, İsmayıllı, Qobustan, Kürdəmir rayonlarında fəaliyyət göstərən fermerlər qatılıblar.

Layihənin əsas məqsədi “Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlıqların, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satışı qaydaları, aqrotexniki xidmətlər barədə fermerləri məlumatlandırmaq, tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə vətəndaşların interaktiv tanışlığı və maarifləndirilməsi, vətəndaşlara cəmiyyətin əlçatanlığının və yaxınlığının təmin edilməsi bununla əlaqədar onların problemlərini, müraciət və təkliflərini dinləyərək həll edilməsi istiqamətində addımların atılmasından ibarətdir.

Qeyd edək ki, “Aqrolizinq” ASC respublikanın bütün regionlarına kənd təsərrüfatının pambıqçılığın inkişafı ilə bağlı yeni texnikalarını bölgəyə gətirilərək lizinq yolu ilə vətəndaşların istifadəsinə verilməsini həyata keçirməkdədir.

Cəmiyyətin fəaliyyət göstərdiyi 2005-ci il tarixindən etibarən Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarından olan 998 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 46 603 546 manat təşkil edən 2729 ədəd kənd təsərrüfatı texnikaları verilib.

Keçirilən görüşdə kəndli və fermerlərlə mövcud problemlər, onların həlli və təkliflərinə dair fikir mübadiləsi aparıblar. Əsasən yerlərdə suvarma sistmlərinin təşkili məsələsi, gübrələrin vaxtında gətirilməsi, regionun təsərrüfat sahsinə uyğun olan və tələb olun kənd təsərrüfatı texnikalarının gətirilməsi sahəsində fikirlər səsləndirilib.

Daha sonra ödənişlərin daha rahat və vaxt itkisi olmadan aparılması üçün inteqarsiya ödəniş sistemləri barəsində məlumat verilib, asan ödəniş sistemi ilə aparılmış interasiyanın nəticəsi olaraq Cəmiyyətin xidmətlərinə görə ödənişlərin ölkə üzrə bütün E-manat və Milli-ön ödəniş terminalları vasitəsilə aparılmasının mümkünlüyü qeyd olunub. Təqdimat zamanı həmçinin aqrotexniki xidmətlərdən yararlanmaq üçün fermerlərin mobil tətbiq üzərindən sifarişlərin verilməsi layihəsi barədə məlumat verilib və layihə ilə bağlı auditoryada sorğu aparılıb.

Tədbirin sonunda region üzrə 30-a yaxın vətəndaşa səyyar xidmət olaraq güzəşt müqavilələri təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi