Yuxarı

​Salyanda xırdabuynuzlu heyvanlara brusellyoza qarşı vaksin vurulur

İndiyədək 5 miə yaxın xırdabuynuzlu heyvanda vaksinasiya aparılıb, 14 minə yaxın iribuynuzlu heyvanlardan isə qan nümunələri götürülüb

Salyan. 11 may. REPORT.AZ/ Salyan rayonunda xırdabuynuzlu heyvanlarda yayıla biləcək brusellyoz xəstəliyinə qarşı profilaktik tədbirlərə başlanıb. 

“Report” xəbər verir ki, rayonda 186 min baş xırdabuynuzlu, 62 min baş iribuynuzlu heyvana 17 sahə baytarlıq məntəqəsinin həkimləri xidmət göstərir. Artıq bir neçə gündür xırdabuynuzlu heyvanlarda brusellyoz xəstəliyinə qarşı "Rep-1" vaksinindən istifadə edilir. Yalnız 3-8 aylıq xırdabuynuzlu heyvanlarda vaksinasiya işləri aparılır və 4 il müddətinə bu xəstəlik heyvanlarda olmayacağına zəmanət verir.

İribuynuzlu heyvanlardan da brusellyoza qarşı qan nümunələri götürülür, Salyan zona baytarlıq laboratoriyasında serioloji müayinələr aparılır. İndiyədək 5 min başa yaxın xırdabuynuzlu heyvanda vaksinasiya aparılıb, 14 min başa yaxın iribuynuzlu heyvanlardan isə qan nümunələri götürülüb. Hələlik hər hansı bir xəstəlik aşkar olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi