Şahin Bağırov: "Komitə kənd təsərrüfatı məhsullarının ixracının sadələşdirilməsinə çalışır"

Şahin Bağırov: "Komitə kənd təsərrüfatı məhsullarının ixracının sadələşdirilməsinə çalışır" "Bu istiqamətdə gömrük rüsumlarının elektron ödəniş sisteminin tətbiq olunması və s. üzərində işləyirik"
ASK
20 Noyabr , 2015 20:53
Şahin Bağırov: Komitə kənd təsərrüfatı məhsullarının ixracının sadələşdirilməsinə çalışır

Bakı. 20 noyabr. REPORT.AZ/ "Azərsun Holdinq" MMC-nin Qazaxıstanın Aktau şəhərində logistika mərkəzinin fəaliyyət göstərməsi Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracatçılarına Gömrük İttifaqı ölkələrinin bazarlarına çıxışı asanlaşdıracaq. 

"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov bu gün Bakıda "Qeyri-neft ixracının genişləndirilməsi"nə dair keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Sədr müavini qeyd edib ki, Komitə ümumilikdə bərə yolu da daxil olmaqla, kənd təsərrüfatı məhsullarının ixracının sadələşdirilməsi üçün gömrük prosedurlarının üzərində işləyir. 

"Dövlət Gömrük Komitəsi bu istiqamətdə gömrük rüsumlarının elektron ödəniş sisteminin tətbiq olunması, gömrük sənədləşməsinin beynəlxalq analoquna uyğunlaşdırılması, multimodal daşımalar zamanı sənədləşmənin vahid formada icra olunması üzərində işləyir", - Ş.Bağırov qeyd edib.

Qeyd edək ki, bu gün sahibkarların da iştirak etdiyi "Qeyri-neft ixracının genişləndirilməsi" adlı tədbirdə dövlətin maliyyə dəstəyi, İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Azərsun Holdinq" MMC-nin Aktauda (Qazaxıstan) inşa etdiyi logistika mərkəzi haqda məlumat verilib. 

Bildirilib ki, ümumi sahəsi 4,2 hektar olan logistika mərkəzi 4 365 kvadratmetr quru, 4 365 kvadratmetr soyuq anbarlarından və digər infrastrukturdan ibarətdir. Kənd təsərrüfatı məhsullarının saxlanılması və satışını təmin edəcək logistika mərkəzi bu ilin dekabrında fəaliyyətə başlayacaq. 

Son xəbərlər

Orphus sistemi