Yuxarı
    Bağlamaq

    ​Sahibkarlara 1,4 mln. manat güzəştli kredit verilib

    İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Biləsuvar rayonunun Aşağı

    Bakı. 18 sentyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Biləsuvar rayonunun Aşağı Cürəli kəndində keçirilən işgüzar forum çərçivəsində Biləsuvar və ətraf rayonlardan olan 70 sahibkara 1,4 mln. manat həcmində güzəştli kredit verib. Bu barədə “Report”a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

    Verilmiş kreditlər əsasən heyvandarlıq, quşçuluq, şirniyyat məhsullarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 170-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

    Nazirlikdən bildirilib ki, 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Biləsuvar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, intensiv bağçılıq, tərəvəzçilik və üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Həmçinin, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib və sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

    SKMF-in icraçı direktoru Şirzad Abdullayev 2014-cü ilin ötən dövrü ərzində 3 903 sahibkara 193,4 mln. manat güzəştli kredit verildiyini və bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8 700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verdiyini açıqlayıb. İndiyədək ümumilikdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8 756 investisiya layihəsinin maliyyələşdirilməsinə 379,2 mln. manat güzəştli kredit verilib və 31 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi