Bakı. 15 avqust. REPORT.AZ/
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, layihələrdə ixtisaslaşdırılmış "yaşıl market"in, müasir çörək istehsalı müəssisəsinin, südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının, intensiv bağçılıq və istixana təsərrüfatlarının, şirniyyat və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.
Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin bütün hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.