​Şabranda ağır yol qəzası baş verib, bir nəfər yaralanıb

​Şabranda ağır yol qəzası baş verib, bir nəfər yaralanıb Qəza “Niva” və “Mercedes” avtomobillərinin toqquşması nəticəsində baş verib
ASK
31 Yanvar , 2015 22:20
​Şabranda ağır yol qəzası baş verib, bir nəfər yaralanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Şabran rayonunun Ərəblər kəndində “Niva” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış “Niva” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi