​Sabah Salyanda kənd təsərrüfatı yarmarkası keçiriləcək

​Sabah Salyanda kənd təsərrüfatı yarmarkası keçiriləcək Yarmarkadakı məhsullar bazarlardakından 20-25 faiz ucuz satılacaq
ASK
28 Yanvar , 2016 21:34
​Sabah Salyanda kənd təsərrüfatı yarmarkası keçiriləcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Əhalinin ərzaq məhsullarına tələbatını ödəmək və süni qiymət artımının qarşısını almaq üçün sabah Salyanda kənd təsərrüfatı məhsullarının yarmarkası keçiriləcək.

Salyan Rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, əhalinin ərzaq məhsullarına tələbatını daha dolğun ödəmək məqsədi daşıyan yarmarkaya həm yerli emal və istehsal müəssisələri, həm də respublikanın iri şirkətlərinin məhsulları çıxarılacaq.

Məlumata əsasən, yarmarkada 400 kq. mal, 300 kq. qoyun, rayonun quşçuluq müəssisələrində istehsal olunan 400 kq. quş əti, 5 min ədəd yumurta, 300 kq. balıq, 1 ton un, makaron, yağ, şirniyyat, eləcə də meyvə-tərəvəz məhsulları satılacaq.

Qeyd edək ki, yarmarkadakı məhsullar bazarlardakından 20-25 faiz ucuz satılacaq.

Son xəbərlər

Orphus sistemi