​Sabah iki rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

​Sabah iki rayonun qaz təchizatında məhdudiyyətlər olacaq Buna səbəb Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində təmir işlərinin aparılmasıdır
ASK
3 May , 2016 17:24
​Sabah iki rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 3 may. REPORT.AZ/ Mayın 4-də saat 10:00-dan 20:00-a qədər “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Astara magistral qaz kəmərləri sahəsinin “Göytəpə” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təmir müddətində Ağsu rayonunun Padar, Cəlilabad rayonunun Göytəpə, Təklə, Pirilini, Ağdaş, Bəcirəvan və Maşalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi