Rusiyanın Saratov vilayətindən Azərbaycana taxıl göndərilib

Rusiyanın Saratov vilayətindən Azərbaycana taxıl göndərilib Bu, şimaldan ölkəyə göndərilən ilk taxıl ixracıdır
ASK
20 Aprel , 2017 12:50
Rusiyanın Saratov vilayətindən Azərbaycana taxıl göndərilib

Bakı. 20 aprel. REPORT.AZ/ Rusiyanın Saratov vilayətində Sovetski rayonunun "Zolotaya Step" dəmiryolu stansiyasından Azərbaycana ilk taxıl vaqonları yola düşüb. Bu məqsədlə xüsusi mərasim keçirilib.

"Report"un Rusiya Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, təyinatına görə taxıl saxlanılması və ixracı üçün nəzərdə tutulan terminal yenidən təmir edilib. Hazırda terminalın tutumu 5 min ton təşkil edir. Dəmiryol nəqliyyatının yükləmə gücü sutkada 1 000 ton və ya 15 vaqon artıb.

Terminalın inzibati binası tamamilə bərpa edilib, daxil olan taxılın keyfiyyətinin yoxlanılması üçün zəruri laboratoriya ilə təchiz edilib. 

Son xəbərlər

Orphus sistemi