​Rusiyadan Azərbaycana tədarük olunan kənd təsərrüfatı texnikası üç dəfə artıb

​Rusiyadan Azərbaycana tədarük olunan kənd təsərrüfatı texnikası üç dəfə artıb "İxracın artmasının əsas səbəblərindən biri rublun devalvasiya olması ilə bağlıdır"
ASK
22 İyul , 2015 11:02
​Rusiyadan Azərbaycana tədarük olunan kənd təsərrüfatı texnikası üç dəfə artıb

Bakı. 22 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana ixrac olunan kənd təsərrüfatı texnikasının həcmi üç dəfə artıb. "Report" xəbər verir ki, bu barədə Rusiyanın "Rosaqromaş" şirkətinin bu ilin birinci yarısına dair açıqladığı hesabatda bildirilir. Eyni dövrdə Azərbaycanla yanaşı Almaniya, Fransa, Bolqarıstan, Türkiyə və Kanadaya da tədarük edilən kənd təsərrüfatı texnikası eyni həcmdə artıb.

"Rosaqromaş"ın direktoru Yevqeni Korçevoy qeyd edib ki, Qazaxıstan, Monqolustan və Tacikistanda tələbat iki dəfə, Qırğızıstan və Macarıstanda 30% artıb.

"2015-ci ilin birinci yarısında kənd təsərrüfatı texnikasının ixracı 2,3 min vahid artıb, istehsalçıların mədaxili iki dəfə, yəni 3,8 mlrd. rubla kimi artıb. Bu, son beş ildə rekord göstərici hesab olunur. Əsas satış bazarlarının payına ixracın 77% - Qazaxıstan, Avropa Birliyi və Kanada düşüb. Ümumiyyətlə, dünya bazarı təxminən 5%, xüsusən də AB və ABŞ-da tələbatın aşağı düşməsi fonunda azalıb. İxracın artmasının əsas səbəblərindən biri rublun devalvasiya olması ilə bağlıdır", - Y. Korçevoy bildirib.

Son xəbərlər

Orphus sistemi