Rusiya Türkiyədən idxal olunan pomidorun ölkəyə girişinə qadağa qoyub

Rusiya Türkiyədən idxal olunan pomidorun ölkəyə girişinə qadağa qoyub Baytarlı xidməti nümayəndəsi Türkiyə pomidorlarında “qərb çiçək tripsi” böcəyinin müəyyən edildiyini bildirib
ASK
23 Mart , 2015 11:01
Rusiya Türkiyədən idxal olunan pomidorun ölkəyə girişinə qadağa qoyub

Bakı. 23 mart. REPORT.AZ/ Rusiya Baytarlıq və Bitki Sağlamlığı Nəzarəti Xidməti Türkiyədən gələn pomidor partiyasının Rusiyaya girişinə icazə verməyib.

“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, Baytarlıq Xidmətinin Krasnodar bölgəsindən məsul nümayəndəsi Yekaterina Çernitsova Türkiyə pomidorlarında “qərb çiçək tripsi” böcəyinin müəyyən edildiyini bildirib. O xatırladıb ki, ötən ilin eyni səbəbdən Polşadan tərəvəz və meyvə daşınması dayandırılıb.

Çernitsova bildirib ki, Tuapse limanında Türkiyədən “Alastair” gəmisiylə gələn 25,42 ton pomidorda yoxlama əsnasında Rusiyada qadağan olan qərb çiçək tripsi böcəyi tapılıb: "Bu səbəbdən məhsulların Rusiyaya girişi qadağan edilib". O sözügedən hadisənin cari ildə dördüncü eynitip problem olduğunu vurğulayıb.

Qərbi Aralıq dənizi İxracatçılar Birliyinin rəhbəri Mustafa Satıcı, hər gün Türkiyədən Rusiyaya 2,500-3 min ton pomidor ixrac edildiyini deyib. M. Satıcı ekstradisiya edilən məhsulun hər min partiya mal içində birində belə problem ola bilcəyini, bunun da normal olduğunu qeyd edib. M. Satıcı ekstradisiya edilən məhsulların isə məhv edildiyini deyib.

Son xəbərlər

Orphus sistemi