Rusiya Türkiyə və İrandan olan meyvə tədarükçülərini əvəzləyə bilər

Rusiya Türkiyə və İrandan olan meyvə tədarükçülərini əvəzləyə bilər Rusiyaya Türkiyə və İrandan idxal edilən limon, naringi, bibər, üzüm və nar tədarükünün azalan həcmini başqa ölkələrdən olan tədarükçülər doldura bilər.
ASK
20 Dekabr , 2021 14:15
Rusiya Türkiyə və İrandan olan meyvə tədarükçülərini əvəzləyə bilər

Rusiyaya Türkiyə və İrandan idxal edilən limon, naringi, bibər, üzüm və nar tədarükünün azalan həcmini başqa ölkələrdən olan tədarükçülər doldura bilər.

“Report” xəbər verir ki, bunu TASS-a Rusiyanın Qida Məhsulları İstehsalçıları və Təchizatçıları Assosiasiyasının ("Rusprodsoyuz") İdarə Heyətinin sədr müavini Dmitri Leonov deyib.

Onun sözlərinə görə, Türkiyə və İrandan tədarükçülər özlərini düzəltməsələr, azalan tədarük həcmi digər ölkələrdən olan tədarükçülər əvəz edə bilər.

Daha əvvəl "Rospotrebnadzor"un mətbuat xidməti məlumat vermişdi ki, department Türkiyə və İrandan olan 33 limon, naringi, bibər, üzüm və nar istehsalçısının Rusiyaya təhlükəli meyvə və tərəvəz idxalını dayandırmışdı.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə Rusiyanın ən böyük naringi, limon, üzüm və bibər tədarükçüsü olub və nar tədarükünə görə ikinci yerdə olub. Oktyabrda Türkiyədən Rusiyaya 59,5 min tondan çox naringi, 20,6 min tondan çox limon, 40,7 min tondan çox üzüm, 5,6 min tondan çox nar və 1,3 min tondan çox nar idxal edilib.

Eyni zamanda, Rusiyanın əsas naringi tədarükçüsü Cənubi Afrika, Mərakeş və Misir, limon tədarükçüsü Argentina və Cənubi Afrika, üzüm tədarükçüsü Özbəkistan və Moldova, nar tədarükçüsü Azərbaycan, Misir, Özbəkistan və Abxaziya, bibər tədarükçüləri isə Çin və Ermənistandır.

Son xəbərlər

Orphus sistemi