Nazir: "Rusiya Türkiyə pomidorlarını almağa hazır deyil"

Nazir: "Rusiya Türkiyə pomidorlarını almağa hazır deyil" "Türkiyə pomidorlarının yenidən bazara qayıtması yerli istehsalçılara qarşı düzgün olmazdı"
ASK
7 Avqust , 2017 14:53
Nazir: Rusiya Türkiyə pomidorlarını almağa hazır deyil

Bakı. 7 avqust.REPORT.AZ/ "Rusiya Türkiyənin istehsal etdiyi pomidorları almağa hazır deyil və bunu etməyəcək". 

"Report"un "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev bildirib.

"Vaxtilə Rusiya bazarının pomidor, bütövlükdə bir çox tərəvəz məhsulları ilə təmin edilməsinə dair yerli biznesə ciddi siqnal vermişik. Əlbəttə, bunun üçün dövlət vəsaitləri də xərclənib. Türkiyə pomidorlarının yenidən bazara qayıtması yerli istehsalçılara qarşı düzgün olmazdı. Biz, əlbəttə ki, buna nəinki hazırıq, heç etməyəcəyik də",- A.Tkaçev bildirib.

Xatırladaq ki, iyulun 25-də baş nazirin müavini Arkadi Dvorkoviç məlumat vermişdi ki, Moskva və Ankara Türkiyə pomidorlarının Rusiya bazarına tədarükünə dair danışıqları avqustun 18-də keçiriləcək İzmir sərgisi çərçivəsində davam etdirəcəklər.

2015-ci ildə Türkiyə-Rusiya münasibətləri gərginləşdikdən sonra Rusiya öz müttəfiqinə qarşı bir sıra sanksiyalar tətbiq edib. Bu il Rusiya prezidenti Vladimir Putin tətbiq edilən bir sıra sanksiyaların geri götürülməsi barədə göstəriş verib. Lakin Türkiyə pomidorlarının idxalına dair qərar hələlik qüvvəsini itirməyib.

Son xəbərlər

Orphus sistemi