Bakı. 1 mart. REPORT.AZ/ Rusiya hərbi aviasiyası terrorçu "Əl Qaidə"nin Suriyadakı qolu -"Cebhat ən-Nusra" qruplaşmasının mövqelərinə zərbələr endirib.
"Report" RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilir.
Zərbələr Hələb və Nərb-Nafsa şəhərləri ətrafındaki mövqelərə yönəlib.
"Cebhat ən-Nusra" qruplaşmasının üzvləri Bəşşar Əsədin qüvvələrinın Nərb-Nafsa şəhəri yaxınlığındaki mövqelərini və yaxınlıqdakı yaşayış məntəqələrini artilleriya atəşinə tutublar. Buna cavab olaraq Rusiya aviasiyası terrorçulara zərbələr endirib”, - deyə məlumatda bildirilir.