Bakı. 24 mart. REPORT.AZ/ Rusiyan ilə Ukrayna sərhədində Troebortnoe sərhəd qapısında Baytarlıq və Bitki Sağlamlığı Nəzarəti Xidməti (Rosselhoznadzor) işçiləri Türkiyədən gələn 12,5 ton dondurulmuş balığı yoxlamadan keçirib. Balıqların qaçaq olduğu əsas gətirilərək, geri göndərilib.
“Report” Cihan Xəbər Agentliyinə istinadən məlumat verir ki, Rosselhoznadzor prezident müşaviri Aleksey Alekseyenko "Məhsullar Rusiya üzərindən Qazaxıstana göndərilməli olduğunu deyib. O bildirib ki, aparılan araşdırmalar məhsul sertifikatından istehsalçı şirkətin Gömrük Birliyi (Rusiya, Belarus, Qazaxıstan) sahəsində istehsal, məhsulların mühafizə edilməsi və ya səlahiyyət sahibi şəxs və şirkət siyahısında heç bir məlumatın yer almadığı ortaya çıxıb. Bu səbəblə 12,5 ton dondurulmuş balığın Türkiyəyə geri göndərilməsinə qərar verilib.
Geri göndərilən tonlarla balıq Türkiyəyə geri gətirilib. Rədd olunan məhsulun necə istifadə olunacağı isə hələ müəyyən edilməyib.