Rusiya Azərbaycana kənd təsərrüfatı texnikasını tədarük etmək istəyir

Rusiya Azərbaycana kənd təsərrüfatı texnikasını tədarük etmək istəyir Bakı. 27 sentyabr. REPORT.AZ/ Rusiya Azərbaycana kənd təsərrüfatı texnikası və gübrə tədarük etmək, həmçinin Azərbaycanda istehsal olunmuş malları Rusiya ticarət şəbəkələrinə idxal etmək niyyətindədir.
ASK
27 Sentyabr , 2018 10:59
Rusiya Azərbaycana kənd təsərrüfatı texnikasını tədarük etmək istəyir
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin / Sputnik/ Grigory Sisoev

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Rusiya Azərbaycana kənd təsərrüfatı texnikası və gübrə tədarük etmək, həmçinin Azərbaycanda istehsal olunmuş malları Rusiya ticarət şəbəkələrinə idxal etmək niyyətindədir".

"Report" xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasında bildirib.

Onun sözlərinə görə, Bakı və Moskva həmçinin iki ölkə arasında "yaşıl dəhlizlər", malların hərəkətini inkişaf etdirməlidir.

"Qarşımıza qoyduğumuz məqsəd – "yaşıl dəhlizlər", Rusiya ilə Azərbaycan arasında bütün istiqamətlərdə malların hərəkətidir. Biz planlı şəkildə işləyirik ki, maneələrin sayı azalsın", - o bildirib.

Son xəbərlər

Orphus sistemi