"Rosselxoznadzor" iki pendir istehsalçısı ilə bağlı AQTA-ya müraciət edib

"Rosselxoznadzor" iki pendir istehsalçısı ilə bağlı AQTA-ya müraciət edib Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.
Biznes
13 Oktyabr , 2021 10:24
Rosselxoznadzor iki pendir istehsalçısı ilə bağlı AQTA-ya müraciət edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.

“Report” "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, müraciət Azərbaycandan Rusiyaya pendir ixrac etmək istəyən iki şirkət barədədir. "Rosselxoznadzor"un mütəxəssisləri həmin şirkətlərin Polşa və Litvaya məxsus pendir brendlərinin adı altında məhsul istehsal etməsindən, həmin pendirləri öz məhsulları kimi təqdim etməsindən şübhələnir. Buna görə, AQTA-dan müəssisələrin istehsal imkanları barədə araşdırma aparılması xahiş edilib. Azərbaycan tərəfi isə lazımi tədbirlərin görüləcəyini bildirib, yoxlama üçün Rusiyalı mütəxəssisləri ölkəyə dəvət edib.

Son xəbərlər

Orphus sistemi