"Rosselxoznadzor" Azərbaycan və İrandan 22 min ton meyvə-tərəvəzin idxalına nəzarət edib

"Rosselxoznadzor" Azərbaycan və İrandan 22 min ton meyvə-tərəvəzin idxalına nəzarət edib Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Regionlararası İdarəsi, bu ilin fevral ayında Azərbaycan və İrandan 22 min ton təzə tərəvəz və meyvənin idxalına nəzarət edib, ondan 104 tonu İran məhsulları ger
ASK
16 fevral 2022 11:14
Rosselxoznadzor Azərbaycan və İrandan 22 min ton meyvə-tərəvəzin idxalına nəzarət edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Regionlararası İdarəsi, bu ilin fevral ayında Azərbaycan və İrandan 22 min ton təzə tərəvəz və meyvənin idxalına nəzarət edib, ondan 104 tonu İran məhsulları geri qaytarılıb .

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, bu məhsullar müvəqqəti saxlama anbarı "Viaduk"də və Dərbənd dəmir yolu stansiyasının çatdırılma yerinə gətirilib. Bunların 12 min tonu tərəvəz (pomidor, kartof, xiyar, kahı, göyərti, kələm və s.), 10 min tonu isə meyvələrdir (xurma, alma, kivi, portağal, naringi, nar və s.).

Nəzarət tədbirləri çərçivəsində "Rosselxoznadzor"un əməkdaşları İrandan gətirilən, zərərli obyektlərlə çirklənmiş 7 partiya bitkiçilik məhsullarının Rusiya ərazisinə gətirilməsinə icazə verməyib. Buna səbəb məhsullarda qərb (Kaliforniya) çiçək səyahının aşkarlanması olub.

Qadağan olunmuş məhsullar arasında 34 ton həcmində 3 partiya kahı, 50,5 ton 3 partiya Pekin kələmi, 19 ton həcmində 1 partiya təzə cəfəri olub. Beləliklə, Rusiya bazarına buraxılmayan məhsulların ümumi həcmi 104 tondan çox olub.

206 saylı “Bitkilərin karantini haqqında” federal qanun əsasında malların sahibləri inzibati məsuliyyətə cəlb edilib və məhsulların ixracatçı ölkələrinə qaytarılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi