“Rosselxoznadzor” 18,7 ton nektarini Azərbaycana qaytarıb

“Rosselxoznadzor” 18,7 ton nektarini Azərbaycana qaytarıb Azərbaycandan gətirilmiş 18,7 ton nektarin partiyası üzərində “Rosselxoznadzor”un Qafqaz Regionlararası İdarəsi tərəfindən aparılmış karantin fitosanitar nəzarəti zamanı qonur monilioz çürümə (Monilinia fructicola (Winter) Honey) xəstəliyi aşkarlanıb.
ASK
114
3 Sentyabr , 2021 18:12
“Rosselxoznadzor” 18,7 ton nektarini Azərbaycana qaytarıb

Azərbaycandan gətirilmiş 18,7 ton nektarin partiyası üzərində “Rosselxoznadzor”un Qafqaz Regionlararası İdarəsi tərəfindən aparılmış fitosanitar karantin nəzarəti zamanı qonur monilioz çürümə (Monilinia fructicola (Winter) Honey) xəstəliyi aşkarlanıb.

“Report” Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, xidmətin Dağıstan filialının laborator rəyi meyvələrdə monilioz çürümənin olduğunu təsdiq edib.

“Yoluxmuş məhsul partiyasına qarşı Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülüb. “Bitkilərin karantini haqqında” 206 saylı federal qanunun pozulmasına görə yük sahibləri Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar. Yüklər Azərbaycana geri qaytarılıb”, - məlumatda deyilir.

Xatırladaq ki, avqustun 30-da "Rosselxoznadzor" mütəxəssisləri İran İslam Respublikasından gətirilmiş 19,5 ton nektarində də qonur monilioz çürümə aşkarlamışdılar. Bu karantin obyektinə Dağıstanda ilk dəfədir rast gəlinir.

Son xəbərlər

Orphus sistemi