Yuxarı
    Bağlamaq

    ​Respublikanın regionlarında heyvandarlığın inkişafına dair zona müşavirələri keçirilib

    İclaslarda arıçılıq məhsullarının müayinə edilməsi müzakirə edilib

    Bakı. 17 aprel. REPORT.AZ/Salyanda və Lənkəran şəhərində heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, arıxanaların qeydiyyatının aparılması və məlumatların elektron bazasının yaradılması, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın və arıçılıq məhsullarının müayinə edilməsi, yem istehsalının təşkili, yemlərin yedizdirilmək üçün hazırlanması, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirələri keçirilib.

    Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hər iki zona müşavirəsində fermerlər, süni mayalama mütəxəssisləri, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər, heyvandarlıq mütəxəssisləri iştirak edib.

    Zona müşavirələrində 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalar və bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verilib.

    Zona müşavirələrində Elmi-Tədqiqat Heyvandarlıq, Elmi-Tədqiqat Baytarlıq, Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutlarının və Göygöl Süni Mayalama Mərkəzinin direktorları heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinə dair təqdimatlarla çıxış ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi