Respublika Komissiyası fermerlərə 82,4 mln. manat həcmində yardım ayırıb

Respublika Komissiyası fermerlərə 82,4 mln. manat həcmində yardım ayırıb Bu məbləğ 385 247 istehsalçıya ayrılıb
ASK
8 Sentyabr , 2016 18:43
Respublika Komissiyası fermerlərə 82,4 mln. manat həcmində yardım ayırıb

Bakı. 8 sentyabr.REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda, çəltik, pambıq və tütün əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, iclasda kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda, çəltik, pambıq, tütün əkinlərinə görə istehsalçılara əlavə 40 manat məbləğində yardım verilməsi ilə bağlı rayon (şəhər) kənd təsərrüfatı idarələrinin və rayon (şəhər) komissiyalarının 60 rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb.

Respublika Komissiyası 60 rayon (şəhər) üzrə 385 247 istehsalçıya 1 231 262,24 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə 82 372 618,0 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Eyni zamanda iclasda 4 satıcı təşkilat o cümlədən “Aqrolizinq” ASC, “Aqroline Group” MMC, “MKT İK” MMC, “EKO Trade” MMC tərəfindən 70 faiz güzəştlə 5019 nəfər kənd təsəfərrüfatı məhsullarının istehsalçılarına 46 074,25 hektara görə 9 837 056 kq mineral gübrə üçün 4 281 166,86 manatın, həmçinin 4 satıcı təşkilat o cümlədən “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “EMA” MMC, “Aqrico” MMC tərəfindən 70% güzəştlə  2413 nəfər kənd təsəfərrüfatı məhsullarının istehsalçılarına 35 649,81 hektara görə 15 905,22 kq pestisid üçün 347 342,94 manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə Respublika Komissiyası qərar qəbul edib. 

Son xəbərlər

Orphus sistemi