Yuxarı

Respublika Baytarlıq Laboratoriyası tender keçirir

Elmi müəssisəyə laboratoriya avadanlıqları və ləvazimatlar alınacaq

Bakı. 3 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi Respublika Baytarlıq Laboratoriyası üçün laboratoriya avadanlıqları və ləvazimatlarının satın alınması üçün açıq tender elan edib.

"Report"un "Respublika" qəzetinə istinadən verdiyi xəbərə görə, tender bir lot üzrə keçirilir və müsabiqədə iştirak haqqı 500 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 7 noyabr saat 15:00-dək, tender təklifi və bank təminatını 16 noyabr saat 15:00-dək Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi,80 (VII mərtəbə, 755-ci otaq) ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri 17 noyabr saat 15:00-da Kənd Təsərrüfatı Nazirliyində açıqlacaq. Tədbirdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi