Bakıda Qurban bayramı yarmarkası keçiriləcək

Bakıda Qurban bayramı yarmarkası keçiriləcək Kənd Təsərüfatı Nazirliyinə məxsus"Aqrar Tədarük və Təchizat" ASC qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakı şəhərində və Abşeron yarımadasında 15 ünvanda “Kənddən Şəhərə”yarmarkasının keçirilməsi ilə bağlı elan etdiyii açıq tenderə yekun vurub.
ASK
1133
22 İyul , 2020 14:46
Bakıda Qurban bayramı yarmarkası keçiriləcək

Kənd Təsərüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakı şəhərində və Abşeron yarımadasında 15 ünvanda “Kənddən Şəhərə” yarmarkasının keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Innosol" MMC-dir.

Qalib şirkətə 22,2 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi