Qubada şəxsi təsərrüfat sahələrində yetişdirilən məhsul zay olub - FOTO

Qubada şəxsi təsərrüfat sahələrində yetişdirilən məhsul zay olub - FOTO Quba. 8 may. REPORT.AZ/ Qubanın Qam-qam kəndindəki şəxsi təsərrüfatların sarımsaq yetişdirilən sahələrində problem yaranıb.
ASK
8 May , 2018 02:24
Qubada şəxsi təsərrüfat sahələrində yetişdirilən məhsul zay olub - FOTO
Foto: "Report"

Quba. 8 may. REPORT.AZ/ Qubanın Qam-qam kəndindəki şəxsi təsərrüfatların sarımsaq yetişdirilən sahələrində problem yaranıb.

"Report"un Şimal bürosu xəbər verir ki, bu sahələrdə sarımsaqlar naməlum səbəbdən soğanaqlardan çürüyür.

Təsərrüfatçı Camaləddin Adıgözəlovun verdiyi məlumata görə, sarımsaqlar ya yeraltı mikroorqanizmlərin təsirindən ya da xəstəlikdən bu vəziyyətə düşüb. Onun yarım hektar ərazidə əkdiyi məhsulun çox hissəsi zay olub.

Problem digər təsərrüfatlarda da müşahidə olunur.

Kənd sakinləri bununla bağlı aidiyyatı orqanlardan kömək istəyirlər.

Son xəbərlər

Orphus sistemi