"Quba fermer evi”ndə intensiv bağçılıq sahəsi üzrə seminar keçirilib

"Quba fermer evi”ndə intensiv bağçılıq sahəsi üzrə seminar keçirilib Seminarda intensiv bağçılıqla bağlı müxtəlif təqdimatlar təqdim edilərək, fermerləri maraqlandıran suallar cavablandırılıb
ASK
14 İyul , 2017 19:21
Quba fermer evi”ndə intensiv bağçılıq sahəsi üzrə seminar keçirilib

Bakı. 14 iyul. REPORT.AZ/ Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə “Gilan Agro Group” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Quba rayonunda yerləşən “Fermer Evi”ndə “İntensiv tipli meyvə bağlarının salınması və kompleks becərmə tədbirləri” mövzusu üzrə seminar keçirilib. 

Mərkəzdən "Report"a verilən məlumata görə, seminarda Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri müasir intensiv tipli bağların salınması və ona xidmət sahəsində mövcud təcrübə və yeniliklər barədə “Gilan Agro Group”un müxtəlif bölgələrdə fəaliyyət göstərən aqronom və kənd təsərrüfatı mütəxəssisləri üçün təlim keçiblər. 

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov bildirib ki, dövlət başçısının fərmanı ilə təsdiqlənmiş “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə elmi-tədqiqat müəssisələri ilə fermerlər arasında səmərəli əməkdaşlıq əlaqələrinin yaradılması, elmi-tədqiqat işlərinin nəticələrinin təsərrüfatlarda tətbiqinin səmərəliliyinin artırılması nəzərdə tutulub. Bu baxımdan həm fərdi fermerlərlə, həm də bu sahədə fəaliyyət göstərən şirkətlərin mütəxəssisləri üçün mütəmadi olaraq seminarların, təlimlərin keçirilməsi, təcrübə təsərrüfatlarına səfərlərin təşkil edilməsi planlaşdırılıb.

Seminarda intensiv bağçılıqla bağlı müxtəlif təqdimatlar təqdim edilərək, fermerləri maraqlandıran suallar cavablandırılıb. Bununla yanaşı, “Gilan Agro Group”la birlikdə kənd təsərrüfatının müxtəlif sahələrinə həsr edilmiş birgə təlimlərin davam etdirilməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi