​Qırğızıstanda beynəlxalq qida təhlükəsizliyi konfransı keçiriləcək

​Qırğızıstanda beynəlxalq qida təhlükəsizliyi konfransı keçiriləcək Azərbaycan nümayəndələrinin konfransda iştirak edəcəyi gözlənilir
ASK
3 Yanvar , 2016 16:19
​Qırğızıstanda beynəlxalq qida təhlükəsizliyi konfransı keçiriləcək

Bakı. 3 yanvar. REPORT.AZ/ Qırğızıstan paytaxtı Bişkekdə Avrasiyada qida təhlükəsizliyi ilə əlaqədar beynəlxalq konfrans keçiriləcək. "Report" xəbər verir ki, martın 29-da başlayıb aprelin 2-dək davam edəcək konfransın əsas təşkilatçısı Avrasiya Qida Təhlükəsizliyi Mərkəzidir.

Konfransın təşkilatçıları sırasında Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Qida Tədqiqatları İnstitutu (IFPRI) və Kənd Təsərrüfatı Araşdırmaları üzrə Qlobal Fondu (GFAR) da var. Tədbirdə Azərbaycan, Rusiya və Qırğızıstan rəsmilərinin də iştirak edəcəyi gözlənilir. 

Konfransın proqramına əsasən, Azərbaycan təmsilçiləri qida təhlükəsizliyi ilə bağlı xüsusi mexanizmlərin tətbiqi və müxtəlif ölkələrin bu sahədəki təcrübəsinin bölüşəcəyi pleniuma qatılacaq.

Son xəbərlər

Orphus sistemi