Qazaxıstan Azərbaycana taxıl ixracının illik həcmini 1 mln. tona çatdıracaq

Qazaxıstan Azərbaycana taxıl ixracının illik həcmini 1 mln. tona çatdıracaq Planda Şimal-Cənub nəqliyyat dəhlizi, BTQ dəmir yolu vasitəsilə Qazaxıstan taxılını Türkiyə və Yaxın Şərq bazarına çıxarmaq var
ASK
12 Mart , 2018 10:15
Qazaxıstan Azərbaycana taxıl ixracının illik həcmini 1 mln. tona çatdıracaq

Bakı. 12 mart. REPORT.AZ/ "Azərbaycanın taxıla olan təlabatı ildə 3-3,5 mln tondur. Ötən il Azərbaycan-Qazaxıstanın Hökumətlərarası Komissiyasının iclasında tərəflər razılığa gəliblər ki, Qazaxıstandan Azərbaycana taxıl ixracının illik həcmi 1 mln. tona çatdırılsın". 

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Bakı Taxıl Terminalının İdarə Heyətinin sədr müavini Erjan Baymuhametov deyib.

Onun sözlərinə görə, iki ölkənin birgə layihəsi olan terminal beynəlxalq nəqliyyat layihələrinin iştirakçısı olacaq : "Taxıl Azərbaycana bu terminal vasitəsilə 12 ildir göndərilir. Artıq yeni bazarlara çıxmaq şansı yaranıb. Bu il planda olan əsas məsələlərdən biri Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etmək, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Qazaxıstan taxılını Türkiyə və Yaxın Şərq bazarına çıxarmaqdır".

Xatırladaq ki, Bakı Taxıl Terminalı Azərbaycan ilə Qazaxıstan hökumətlərinin birgə razılığı ilə 2006-cı ildə yaradılıb. Bu illər ərzində terminal vasitəsilə Azərbaycanın taxıl məhsullarına olan təlabatı ödənilib.

Son xəbərlər

Orphus sistemi