Fevral ayından etibarən “
Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayılli, Astara, Biləsuvar, Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən və Şəmkir rayonlarının ardınca növbəti səyyar satış mart ayının 19-da Qazax rayonunun Alpout kəndində baş tutub.
Bugünkü satış zamanı Alpout və ətraf kəndlərdən 20 vətəndaşın müraciət ilə 10 tona yaxın mineral gübrə satılıb.
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.