​Qazax rayonunda 1 tondan artıq yararsız ət tapılıb

​Qazax rayonunda 1 tondan artıq yararsız ət tapılıb Keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız məhsul şikayət əsasında aşkar edilib
ASK
6 May , 2016 11:30
​Qazax rayonunda 1 tondan artıq yararsız ət tapılıb

Bakı. 6 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şikayət ərizəsi əsasında Qazax şəhəri, Z.Tağıyev küşəsi,29 ünvanında yaşayan Ayaz Şəmiddin oğlu Əliyevin işlədiyi Qazax şəhəri, Bakı küçəsində yerləşən köhnə ət kombinatının soyuducularında hissələrə bölünmüş 1 050 kq miqdarında mənşəyi və keyfiyyəti şübhə yaradan, baytarlıq sənədi olmayan ət aşkar olunub. Bu, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) "Report"a daxil olan məlumatda bildirilib. 

Qurumun mütəxəssisləri tərəfindən Qazaxda aşkarlanan və paytaxta gətirilən ətdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriyanın ekspertizasına əsasən, yoxlanılan 37 nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Müayinə zamanı götürülən nümunələrin 4-nün at əti, qalanların isə iribuynuzlu heyvan əti olması aşkar edilib. Həmçinin, yoxlanılan bütün nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş heyvan ətinin olması müəyyən edilib.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq, Qazax rayonunda aşkarlanan və Bakıya gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi