Qaxda vətəndaşlara güzəştli şərtlərlə azot gübrəsi satılıb

Qaxda vətəndaşlara güzəştli şərtlərlə azot gübrəsi satılıb Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrolizinq ASC Qax rayonunun Güllük kəndində azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını təşkil edib.
ASK
11 Aprel , 2019 10:31
Qaxda vətəndaşlara güzəştli şərtlərlə azot gübrəsi satılıb
0 : 00
0 : 00

Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC Qax rayonunun Güllük kəndində azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışını təşkil edib. 

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumata görə, səyyar satışda 30 vətəndaşa ümumilikdə 23,9 ton mineral gübrə, 10 ton ammofos, 12,5 ton azot, 1,4 ton nitroammofoska gübrəsi satılıb.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanıb və mineral gübrə əldə ediblər. 

Qeyd edək ki, Güllük kəndi Qax aqroservisindən 45-50 km uzaq məsafədə yerləşir.

Son xəbərlər

Orphus sistemi