Qarabağda 80 min hektar sahədə zərərli orqanizmlərə qarşı mübarizə aparılıb

Qarabağda 80 min hektar sahədə zərərli orqanizmlərə qarşı mübarizə aparılıb Indiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 80,1 min hektar sahədə zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri görülüb.
ASK
25 Yanvar , 2022 13:53
Qarabağda 80 min hektar sahədə zərərli orqanizmlərə qarşı mübarizə aparılıb
Mirzə Əliyev

İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 80,1 min hektar sahədə zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri görülüb.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Mirzə Əliyev bildirib.

O, bu barədə ötən ilin yekunlarına və bu il nəzərdə tutulmuş işlərə həsr olunmuş onlayn formatda görüşdə danışıb.

Görüşdə AXA-nın rəhbərliyi ilə yanaşı, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və əməkdaşları, tabeli və yerli qurumların nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi