Yuxarı

"Qarabağ"ın futbolçusundan nümunəvi davranış

Elvin Məmmədov penalti zərbəsini qəsdən qapının üstündən vurub.

Qəbələ. 4 oktyabr. REPORT.AZ/ "İnter"lə "Qarabağ" arasında keçirilən Azərbaycan Premyer Liqasının VII tur matçında qeyri-adi olay baş verib. "Report"un məlumatına görə, oyunun sonlarında baş hakim Elvin Əsgərov 88-ci dəqiqədə meydan sahiblərinin qapısına şübhəli penalti təyin edib.

Üstəlik, o, "İnter"in qapıçısı Georgi Lomayanı meydandan qovub. Etirazlara baxmayaraq, Əsgərov qərarını dəyişməyib. Bu zaman Elvin Məmmədov penalti nöqtəsinə yaxınlaşaraq, zərbəni qəsdən qapının üstündən vurub.

O, baş məşqçi Qurban Qurbanovun istəyilə bu addımı atıb. Bu vaxt "Qarabağ" 1:0 hesabı ilə öndə olub.

Qeyd edək ki, Ağdam komandası sonuncu dəqiqədə oyun vəziyyətindən fərqlənərək, 2:0 hesablı qələbəyə nail olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi