"Qala Sığorta" avtomobillərin icbari sığortası ilə məşğul olacaq

"Qala Sığorta" avtomobillərin icbari sığortası ilə məşğul olacaq Maliyyə Bazarlarına Nəzarət Palatası şirkətə bununla bağlı icazə verib
ASK
27 Sentyabr , 2016 16:50
Qala Sığorta avtomobillərin icbari sığortası ilə məşğul olacaq

Bakı. 27 sentyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə “Qala Sığorta” ASC-yə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazə verilib.

Bu barədə "Report"a MBNP-dan bildirilib. 

Məlumata görə, şirkət avqustun 15-də MBNP-yə Yuxarı Qarabağ iqtisadi rayonunda Tərtər nümayəndəliyinin açılması, həmçinin sığortaçının məcmu kapitalının məbləğinin onun tələb olunan kapitalının məbləğinə çatdırılması ilə bağlı sənədlər təqdim edib. 

Palata, bu ilin yanvar-avqust ayları üzrə “Qala Sığorta”nın ümumilikdə 3 730 528 manat sığorta haqqı toplanmasını, eyni zamanda şirkətin yığımlarının 50%-dən çoxunu icbari sığorta növləri üzrə əldə etdiyini nəzərə alaraq sözügedən şirkətə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazənin verilməsini qərara alıb.

MBNP-nin Direktorlar Şurasının digər qərarına əsasən isə Mirzəyev Bəhlul Vüqar oğluna sığorta brokeri fəaliyyətinə lisenziya verilib. Lisenziya, yuxarıda qeyd olunan şəxs tərəfindən sığorta brokeri fəaliyyətinə lisenziyasının alınması ilə bağlı Palataya daxil olmuş müraciətə əsasən, həmçinin Qanunvericiliklə nəzərdə tutulan bütün zəruri sənədlərin təqdim edilməsini nəzərə alaraq təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi