Heydər Əsədov: "Problem Azərbaycanın gömrük və keçid məntəqələrində deyil, Rusiya tərəfindədir"

Heydər Əsədov: "Problem Azərbaycanın gömrük və keçid məntəqələrində deyil, Rusiya tərəfindədir" "Çalışırıq ki, bu məsələ yaxın günlərdə öz həllini tapsın"
ASK
25 Noyabr , 2015 14:50
Heydər Əsədov: Problem Azərbaycanın gömrük və keçid məntəqələrində deyil, Rusiya tərəfindədir

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycandan Rusiyaya kənd təssərrüfatı mallarını aparan 140-a yaxın vaqonun sərhəddə boşaldılmasında yaranan problemə kənd təssərrüfatı naziri Heydər Əsədov münasibət bildirib. "Report"un məlumatına görə, H.Əsədov jurnalistlərə bildirib ki, bununla bağlı problem Azərbaycanın gömrük və keçid məntəqələrində deyil, Rusiya tərəfindədir: "Rusiya yük daşınması üzrə yol tariflərini qaldırıb. Buna görə də Rusiya tərəfində sürücülər etiraz edərək işə çıxmaqdan imtina ediblər, kənd təsərrüfatı mallarını daşıyan yük maşınlarının sürücülərinin işə çıxmaması isə vaqonların boşaldılmasında fasilələr yaradıb".

Nazir qeyd edib ki, problemin aradan qaldırılması üçün dövlət səviyyəsində Rusiya tərəfi ilə danışıqlara başlanılıb: "Çalışırıq ki, bu məsələ yaxın günlərdə öz həllini tapsın. Rusiya tərəfinin verdiyi məlumatlar deməyə əsas verir ki, problem qısa müddət ərzində həll olunacaq".

Son xəbərlər

Orphus sistemi