Yuxarı

Prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirib - ƏLAVƏ OLUNUB

Dövlət başçısı müşavirədə nitq söyləyir

Bakı. 17 sentyabr. REPORT.AZ/ Sabirabadda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

"Report"un məlumatına görə, dövlət başçısı müşavirədə nitq söyləyib.

Sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Bəhruz Camalov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, “CTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış ediblər.

Prezident İlham Əliyev müşavirəyə yekun vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi