Prezident İlham Əliyev Fələstin prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib

Prezident İlham Əliyev Fələstin prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm
ASK
14 Noyabr , 2014 19:41
Prezident İlham Əliyev Fələstin prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa, Fələstinin milli bayramı münsaibəti ilə təbrik məktubu göndərib.  

Məktubda deyilir:  "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.  İnanıram ki, Azərbaycan-Fələstin dostluğu xalqlarımızın iradəsini əks etdirərək bundan sonra da əməkdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi diləyirəm"  

Son xəbərlər

Orphus sistemi