Peter Mixalko: "Azərbaycan Avropa ölkələrinə aqrar məhsulların ixracını artıra bilər"

Peter Mixalko: "Azərbaycan Avropa ölkələrinə aqrar məhsulların ixracını artıra bilər" Azərbaycan daha çox aqrar məhsullarını Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarara bilər.
ASK
24 Noyabr , 2022 13:12
Peter Mixalko: Azərbaycan Avropa ölkələrinə aqrar məhsulların ixracını artıra bilər

Azərbaycan daha çox aqrar məhsullarını Avropa İttifaqı ölkələrinin bazarlarına çıxara bilər.

"Report" xəbər verir ki, bunu bu gün Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransında deyib.

O qeyd edib ki, Aİ nümayəndəliyi Azərbaycanda dövlət qurumları ilə, vətəndaş cəmiyyətinin nümayəndələri ilə, özəl sektorla əməkdaşlıq edərək ölkənin kənd təsərrüfatını gücləndirməyə çalışır: "Bu da Azərbaycan iqtisadiyyatının diversifikasiyası baxımından çox önəmlidir".

Səfir bildirib ki, bu layihə məsləhət xidmətləri vasitəsilə aqroturizmi, aqrobiznesi, ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirinin yaradılmasını və inkişafını nəzərdə tutur: "Bu layihə kiçik fermerlərə köməklik göstərir ki, onlar gəlir mənbələrini diversifikasiya etsinlər. Layihə eyni zamanda, aqroturizm və ərzaq məhsulları üzrə dəyər zəncirinin artırılmasına kömək göstərir. Əməkdaşlığımız sayəsində vətəndaş cəmiyyəti üzrə qurumlarla işləyir, aqroturizm sahəsinə töhfəmizi veririk".

Xatırladaq ki, bu, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD), “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi (CED) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı  layihənin bağlanış tədbiri idi. Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmış bu layihədən 3000 fermer və onların ailələri, 500 gənc kişi və qadın, 10000 yerli icma sakini, 4000 ekoturizm istifadəçisi, tələbə və turistlər faydalanıb.

Son xəbərlər

Orphus sistemi