Yuxarı
    Bağlamaq

    ​Pestisid və aqrokimyəvi maddələr satan 91 obyektdə yoxlamalar aparılıb

    Yoxlamalar zamanı bir sıra maddələrin satışına qadağa qoyulub

    Bakı. 14 oktyabr. REPORT.AZ/ 2015-ci ilin 9 ayı ərzində Ədliyyə Nazirliyinin çıxarışı əsasında pestisidlərin və aqrokimyəvi maddələrin satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus 91 obyektdə yoxlamalar aparılıb.

    "Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) 2015-ci ilin 9 ayı ərzində görülən işlərin yekunlarına dair hesabatında bildirilir.

    Yoxlamalar zamanı İmişli rayonunda “MikroAzFeed” MMC-yə məxsus anbarda 3850 ton superfosfat gübrəsinin idxal icazəsi olmadığı və keyfiyyət göstəriciləri mövcud standartlara uyğun olmadığı üçün satışı dayandırılıb və tətbiq normasına müvafiq düzəlişlər edildikdən sonra istifadəsinə icazə verilib.

    Yoxlamalar zamanı, həmçinin respublikanın müxtəlif regionlarında bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr satılan mağazalarda qeydiyyatdan keçməyən, mənşəyi məlum olmayan, istifadə müddəti keçmiş 115 adda 1396 kq/l preparat aşkar edilərək dövriyyədən çıxarılıb və satışı qadağan edilib.

    “Maksimal Kapital” MMC tərəfindən ölkəyə gətirilən Türkiyə Respublikasının “Cansa Kimya” şirkətinin istehsalı olan 39 adda preparatın (cəmi 17095 kq) və fiziki şəxs Bağırov Cəlal Telman oğlu tərəfindən gətirilən Çin Xalq Respublikasının “Shehzhen Andamao İmport and Export Co Ltd” şirkətinin istehsalı olan 2 adda preparatın (cəmi 9520 kq) dövlət qeydiyyatından keçmədiyini və sözügedən şirkətlərin xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərdiyini nəzərə alaraq qeyd olunan preparatların geri qaytarılması üçün müvafiq tədbirlər görülüb.

    Ölkə əhalisinin gündəlik istehlakı üçün lazım olan bitki və bitkiçilik məhsullarının keyfıyyətinə nəzarət artırılıb. Bölgələrdə istehsal və tədarük olunan və ölkəyə idxal edilən məhsulların keyfıyyət göstəriciləri (xüsusilə, onların tərkibində nitrat və nitrit birləşmələrinin miqdarı) yoxlanılaraq nəzarətdə saxlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi