​Paytaxtda və bölgələrdə keyfiyyətsiz malların satışı halları aşkar edilib

​Paytaxtda və bölgələrdə keyfiyyətsiz malların satışı halları aşkar edilib Qanun pozuntusuna yol vermiş şəxslərə inzibati cərimələr tətbiq olunacaq
ASK
16 Fevral , 2015 19:16
​Paytaxtda və bölgələrdə keyfiyyətsiz malların satışı halları aşkar edilib

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq aparılıb.

"Report"un nazirliyə istinadən verdiyi məlumata görə, monitorinqlər zamanı Bakının Nərimanov rayonunda (Fətəli xan Xoyski prospekti, 108 ünvanında Afət Məmmədovaya məxsus mağazada, Ə.Əliyev küçəsi, 19 ünvanında Saraxanım Quliyevaya məxsus mağazada), Binəqədi rayonunda (M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 4 ünvanında Kifayət Teymurovaya məxsus mağazada, Sulutəpə qəsəbəsində Bahar Qurbanovaya məxsus mağazada), Nəsimi rayonunda (M.Qaşqay küçəsi, 10 ünvanında Bəxtiyar Bayramova məxsus mağazada), Sumqayıt şəhərində (1-ci mikrorayonda Eldar Umudova və Tamella Quliyevaya məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar, 6-cı mikrorayon, 1A ünvanında Yeganə Bayramovaya məxsus mağazada), Goranboy şəhərində (V.Bayramov küçəsində Məryəm Aslanovaya məxsus mağazada) Şirvan şəhərində (1 May küçəsi, 92 ünvanında Vəkil Şükürova məxsus "Şam Qalası" restoranında, T.İsmayılov küçəsində Faiq Məmmədova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar), Gəncə şəhərində (Atatürk prospekti, 265 ünvanında Kamal Ağayevə məxsus mağazada), Salyan şəhərində (H.Z.Tağıyev küçəsində Rəşadət Məmmədova məxsus mağazada), Xaçmaz rayonunda (Hacıəlibəy kəndində Faiq Pənahova məxsus mağazada), Ağsu şəhərində (Vidadi küçəsində Fuad Zərbaliyevə məxsus mağazada), Masallı şəhərində (20 Yanvar küçəsi, ev 18 ünvanında Balakişi Qardaşova məxsus mağazada), Qəbələ rayonunda (Vəndam qəsəbəsində Qəzalə Aslanovaya məxsus mağazada) və Tərtər rayonunda (Söylən kəndində Qərib Nəbiyevə məxsus mağazada) saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi